Azərbaycanlı hakimlərin dərəcələri artırıldı

Avropa Hakimlər Komitəsinin (EKF) nəzəri və praktiki dərslərinə qatılan karate üzrə müxtəlif dərəcəli azərbaycanlı hakimlər imtahandan uğurla keçərək səviyyələrini artırıb.

Newsport.az-ın məlumatına görə, Şahin Xudaverdiyev, Rənad Əliyev və Mayis Mədətov beynəlxalq dərəcələrini artırmağa, Mir-Cabbar Seyidov, Akif Kərimov və Mehman Mədətov isə beynəlxalq dərəcə almağa müvəffəq olub.

Şahin Xudaverdiyev kumite üzrə B dərəcə, Rənad Əliyev kumite üzrə B dərəcə, kata üzrə A dərəcə, Mayis Mədətov kata üzrə A dərəcə, Mir-Cabbar Seyidov kata üzrə B dərəcə, Akif Kərimov kata və kumite üzrə B dərəcə, Mehman Mədətov isə kumite üzrə B dərəcəsi alıb.

Səviyyələrini artıran altı hakimin hər biri 17-19 iyunda Praqda gənclər və yeniyetmələrin Avropa çempionatını idarə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right