Tokio-2020 Yay Paralimpiya Oyunlarının 3 qat qalibi Roman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatında daha bir qızıl medal qazanıb.
Newsport.az-ın məlumatına görə, o, 100 metrəyə sərbəst üzmə növündə 53.07 nəticə göstərib.
Bununla da Azərbaycan millisinin dünya çempionatında qazandığı medalların sayını 5-ə çatıb.
Daha öncə keçirilmiş yarışlarda Roman Saley 1 qızıl, 2 gümüş, digər təmsilçimiz Vəli İsrafilov isə 1 qızıl medal qazanmışdı.