Qazaxıstanın sabiq idman naziri damarlarını kəsib

Qazaxıstanın sabiq mədəniyyət və idman naziri Arıstanbek Məhəmmədiulı evində axtarış aparılan zaman intihara cəhd edib.

Newsport.az "Orda.kz" saytına istinadən xəbər verir ki, korrupsiyada ittiham olunan keçmiş məmur damarlarını kəsməyə çalışıb.

Özünə xəsarət yetirən Muhamediulının Nur-Sultandakı xəstəxanaların birində əməliyyat olunduğu bildirilib.

Qeyd edək ki, Arıstanbek Məhəmmədiulı 2014 - 2019-cu illərdə Qazaxıstanın mədəniyyət və idman naziri olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right