Erməni idmançıdan güləşçimizə qarşı təxribat

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yunan-Roma güləşçimiz Taleh Məmmədov Ermənistan təmsilçisi Hraçya Poqosyan tərəfindən təxribatla üzləşib.

Newsport.az-ın məlumatına görə, erməni idmançı bir neçə dəfə Azərbaycan millisinin üzvünü təxribata çəkib. O, Məmmədovun üzünə zərbə endirib, onu itələyib.

Hraçya Poqosyana 3:1 hesabı ilə qalib gələn Taleh Məmmədov finala vəsiqə qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Leri Abduladze ilə görüşəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right