Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal döyüşləri keçirilir.
Newsport.az-ın məlumatına görə, bu mərhələyə yüksələn Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kq) rinqdən növbəti dəfə qələbə ilə ayrılıb.
Dünya və Avropa birinciliklərinin mükafatçısı finala gedən yolda türkiyəli Mehmethan Çinarla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma boksçumuzun qələbəsi ilə başa çatıb. Hüseynov 3:2 (29:28, 27:30, 29:28, 29:28, 28:29) hesablı qələbəyə sevinib.
O, həlledici döyüşə martın 23-də çıxacaq.
Qeyd edək ki, Azərbaycan milli komandasının bu gün daha 3 boksçusu yarımfinal döyüşünə çıxacaq.