Azərbaycanın üç karateçisi Dünya Oyunlarında iştirak edəcək

Azərbaycanın 3 karateçisi ABŞ-ın Birmingem şəhərində (Alabama ştatı) keçiriləcək Dünya Oyunlarında iştirak edəcək.

Newsport.az Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Dünya Karate Federasiyası (WKF) İrina Zaretska (68 kq), Asiman Qurbanlı (84+ kq) və Roman Heydərlinin (kata) yarışa qatılacağını təsdiqləyib.

Dünya Oyunları 7-17 iyulda gerçəkləşəcək. Karate yarışları 8-9 iyulda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right