Azərbaycan təmsilçisi bürünc medal qazandı

Fransada keçirilən "Meeting De L'Eure" (World Indoor Tour Silver Level) turniri davam edir. 

Newsport.az xəbər verir ki, Azərbaycan atleti Nazim Babayev bürünc medal qazanıb. Qapalı məkanda keçirilən üç təkanla tullanma yarışında 25 yaşlı idmançı 16,27 metr nəticə göstərib.

Fransalı Entso Hodebar 16,68 metr göstərici ilə qızıl medala sahib olub. Gümüş medalı isə 16,52 metr uzununa tullanan finlandiyalı Simo Lipsanen əldə edib.

Qeyd edək ki, Nazim Babayev daha əvvəl Almaniyanın Karlsrue şəhərində keçirilmiş "World Indoor Tour" (Gold Level) turnirində gümüş medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right