Azərbaycan Həndbol Federasiyasında hesabat-seçki konfransının vaxtı açıqlanıb

Azərbaycan Həndbol Federasiyasının (AHF) hesabat-seçki konfransının vaxtı açıqlanıb.

Newsport.az məlumatına görə, fevralın 3-də təşkil olunacaq tədbir saat 10.00-da başlayacaq.

AHF-in hazırkı prezidenti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovdur.

Qeyd edək ki, federasiyada bir qrup həndbolçu ilə rəhbərlik arasında narazılıq yaranıb. Nəticədə qurumun qərarı ilə həmin idmançılar diskvalifikasiya olunublar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right