Şose velosipedi üzrə Azərbaycanın U-23 millisinin üzvü Əli Qurbanov Türkiyənin “Sakarya BB Pro Team” kontinental klubuna keçib.
Newsport.az xəbər verir ki, bununla bağlı qardaş ölkə təmsilçisinin sosial media hesabında “Komandaya xoş gəldin, Əli Qurbanov” bağlığı altında paylaşım edilib.
Qurbanov yeni komandasının heyətində debüt edib – velosipedçi yanvarın 30-da Alanya bölgəsində keçirilən 1.2 kateqoriyalı “Grand Prix Megasaray” yarışında mübarizə aparıb və 126 km məsafəni 2 saat, 46 dəqiqə, 4 saniyəyə başa vurub.
Qeyd edək ki, 21 yaşlı idmançı “Sakarya BB Pro Team” klubunda çıxış edən sayca 2-ci velosipedçidir – Elit yığmanın kapitanı Elçin Əsədov artıq 2-ci mövsümdür ki Türkiyə təmsilçisinin heyətində mübarizə aparır.