Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun təşkil olunub.
Newsport.az xəbər verir ki, günün yeganə oyununda MOİK “Murov”u sınağa çəkib.
İkincilərin idman zalında 2-ci tur çərçivəsində baş tutan qarşılaşma “Murov”un qələbəsi ilə yekunlaşıb.
İlk setdə 22:25 hesabı ilə uduzan MOİK növbəti hissədə 4 top fərqilə məğlub olub – 21:25. Üçüncü set gərgin mübarizə şəraitində keçib. MOİK 29:27 hesablı qələbə sayəsində fərqi azaldıb – 2:1. Lakin dördüncü set sonuncu olub. Bu dəfə 25:12 hesabı ilə qalib gələn “Murov” 3:1 hesablı qələbəsini rəsmiləşdirib.
Yüksək Liqa, 2-ci tur
27 yanvar
MOİK – "Murov" 1:3 (22:25, 21:25, 29:27, 12:25)
Qeyd edək ki, mövsümdə hələlik 3 görüş keçirilib. Bu matçlardan sonra “Ekspress” (3-0), “Murov” (3-1) və MOİK (4-4) 3 xala malikdir. “Neftçi” və “Sərhədçi”nin xalı isə yoxdur.