Prezident İlham Əliyev daha 7 kəndin işğaldan azad edilməsini "Tvitter"dən elan edib.
Newsport.az-ın məlumatına görə, Prezidentin paylaşımında deyilir:
"Bu gün Azərbaycan ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir".
