Millimizin üzvlərindən daha 2 medal

Rusiyada keçirilən taekvondo üzrə "Russian Open" G1 kateqoriyalı beynəlxalq turnirə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, yarışın son günü də gənc Olimpiya komandamızın iki üzvü medala sahib olub.

Belə ki, -63 kq çəki dərəcəsində mübarizə aparan Cavab Ağayev turnirin qalibi olub. Minayə Əkbərova (-46 kq) isə yarımfinalda məğlub olaraq bürünc medalla kifayətlənib.

Xatırladaq ki, ilk yarış günü Hatəm Həsənli (-45 kq) də qızıl medal qazanmışdı. Beləliklə, turnirdə dörd idmançı ilə təmsil olunan Məmməd Abdullayev və Zahid Məmmədovun yetirmələri yarışı 2 qızıl və 1 bürünc medalla başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right