Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov sabah növbəti sınağına çıxacaq.
Newsport.az-ın məlumatına görə, Abbasov Qazaxıstanın Almatı şəhərində təşkil olunacaq “Fight Night Global 86” çərçivəsində qüvvəsini sınayacaq. Yüngül çəkidə mübarizə aparan Abbasov üç raundluq döyüşdə Qazaxıstan təmsilçisi Adil Boranbayevlə üz-üzə gələcək. İdmançılar turnirdən bir gün öncə rəsmi çəki mərasimində iştirak ediblər. Sabah keçiriləcək qarşılaşma “Almatı Arena”da baş tutacaq. Bu, hesabında 19 qələbə olan Nərimanın 23-cü döyüşüdür. 24 yaşlı döyüşçümüzün rəqibi isə keçirdiyi 15 görüşdə 9 dəfə qalib gəlib.