Azərbaycan samboçuları Dünya Kubokunda 2 qızıl medal aldı

Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kuboku keçirilib.

Newsport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan milli komandası 2 qızıl medal qazanıb.

Fəxri kürsünün ən yüksək pilləsinə Mehman Xəlilovla (57 kq) Emil Həsənov (68 kq) yüksəlib. Ümumi komanda hesabında isə Azərbaycan yığması 2-ci yeri tutub.

Bu, yeni baş məşqçi Bəxtiyar Hacıyevin ilk sınağı olub. Dünya Kubokunda 26 ölkənin 200-dən çox samboçusu mübarizə aparıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right