Millimizin heyəti müəyyənləşib

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası yanvarın 25-dən 30-dək İranın Buşehr şəhərində təşkil olunacaq “Persian Cup 2018” beynəlxalq turnirdə iştirak edəcək.

Newsport.az xəbər verir ki, yığmamız yanvarın 28-də, 29-da və 30-da müvafiq olaraq İran, İspaniya və Ukrayna yığma komandaları ilə qarşılaşacaq.

Millimizə dəvət olunmuş oyunçuları sizə təqdim edirik: 

Vaqif Şirinbəyov, Elçin Qasımov, İlqar Ələkbərov, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev. 

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right