15-22 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.
Newsport.az-ın məlumatına görə, yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir. Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edirlər.
Onlardan daha biri – Elnarə Abbasova yaşı 20-yə qədər olan qadınların 63 kq çəki dərəcəsində medal mübarizəsinə qoşulub.
Atletimiz birdən qaldırma hərəkətində 80 kq-ı ram edib və 7-ci olub.
Təkanla qaldırma hərəkətində millimizin üzvü 103 kq-la 5-ci pillədə qərarlaşıb.
Toplam 183 kq (80+103) nəticə göstərən Elnarə Abbasova Avropa birinciliyində 6-cı yeri tutub.