Ramil Quliyev Avropada ilk "üçlük"də

Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev Avropanın ən yaxşı kişi atleti adına namizədlərdən ibarət siyahıya düşüb.

Newsport.az-ın Avropa Atletika Assosiasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, 27 yaşlı idmançı 2017-ci ilin ən yaxşı 3 atleti sırasında yer alıb.

Digər namizədlər isə fransalı onnövçü Kevin Mayerlə almaniyalı nizə atıcısı Yohannes Fetteldir.   

Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Londonda keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanıb. Quliyev avqustda Birmingemdə təşkil edilən "Brilliant Liqa"da da qızıl medal qazanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right