"Edilən etiraz aksiyasına görə aramızda heç bir inciklik yoxdur" Elçin Cəfərov

Xəbər verdiyimiz kimi, güləş üzrə Azərbaycan milli komandası avqustun 21-26-dək Fransada keçiriləcək dünya çempionatına hazırlaşır.

Newsport.az-ın məlumatına görə, Olimpiya Güləş Mərkəzində bu gün komandamızın növbəti toplanışı baş tutub. Məşq prosesindən sonra Azərbaycan Güləş Federasiyasının (AGF) yunan-roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov, sərbəst güləş üzrə millimizin baş məşqçisi Firdovsi Umudov və AGF-in yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev açıqlamalar veriblər.

İlk öncə media önünə Elçin Cəfərov çıxıb. O, komandamızın son durumundan danışıb: “Hər iki yığma komandada vəziyyət yüksək səviyyədədir. Son söz-söhbətlər artıq bitdi. Biz indi çox böyük turnirə hazırlaşırıq. İdmançılarımızdan yüksək nəticələr gözləyirik. Ab-hava da çox yaxşıdır. Hər şey yerindədir. Hər kəs öz işi ilə məşğul olur. Hər komandadan 2-3 medal gözləyirik. Bu da bizə ilk “5-liy”ə düşmək şansı verir. Edilən etiraz aksiyasına görə aramızda heç bir inciklik yoxdur. Hərənin bir fikri var. İdmançılar da öz fikirlərini deyiblər. Kimin haqlı olduğunu zaman göstərəcək. İdmançılarla üz-üzə söhbətlərimiz də olub və olacaq da.  Bu hadisə hər bir sahədə ola bilər”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right