Azərbaycanın paracüdoçuları Avropa çempionatında 7 medal aldı

Azərbaycanın paracüdoçuları İngiltərənin Uolsoll şəhərində keçirilən Avropa çempionatında 7 medal qazanıblar. 

Newsport.az-ın məlumatına görə, İlham Zəkiyev, Rövşən Səfərov, Sevda Vəliyeva və Xanım Hüseynova qızıl medala yiyələniblər.

Bayram Mustafayev gümüş, Ramil Qasımovla Hüseyn Rəhimli isə “bürünc”ə sahib çıxıblar. Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları da komanda yarışlarında fəxri kürsünün birinci pilləsinə yüksəliblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right