Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Nəriman Abbasov bu gün növbəti sınağına çıxacaq.
Newsport.az-ın məlumatına görə, İdmançımız MMA üzrə “Fighn Night Global 71” turniri çərçivəsində qüvvəsini sınayacaq. Abbasov Rusiya paytaxtı Moskvada keçirilən turnirdə Dmitri Qorobetslə üz-üzə gələcək. Yüngül çəki dərəcəsində (70,3 kq) mübarizə aparan təmsilçimiz Rusiyanın Xabarovsk şəhərindən olan rəqibi ilə müqayisədə daha təcrübəlidir. 20-ci döyüşünə çıxacaq Nərimanın hesabında 16 qələbə və 3 məğlubiyyət var. Hesabında 2 qələbə olan Qorobets isə yalnız 3-cü döyüşünə çıxacaq.