Taekvondo yığmamız bu gün Vətənə dönür

Taekvondo üzrə böyüklərdən ibarət yığma komanda Cənubi Koreyadakı dünya çempionatındakı uğurlu çıxışdan sonra bu gün Bakıya qayıdır.

Newsport.az-ın məlumatına görə, komandanın qarşılanma mərasimi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında  saat 16:00-da baş tutacaq.

Xatırladaq ki, millimiz Muju şəhərində keçirilən yarışda iki medal qazanıb. Azərbaycan milli komandasının üzvləri, "Qəbələ" İdman Klubunun təmsilçiləri Milad Beiqi Harçeqani və Məhəmməd Məmmədov yarışda fəxri kürsüyə yüksəliblər. Harçeqani qızıl, Məmmədov bürünc medalçı olub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right