Taekvondo üzrə Azərbaycan millisi Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatı ilk medalını qazanıb.
Newsport.az-ın məlumatına görə, Məhəmməd Məmmədov (-63 kq) yarmfinal döyüşündə İranlı Mihashem Hosseiniə 5:6 hesabı ilə məğlun olaraq dünya çempionatının bürünc mükafatına layiq görüldü.
Milad Beigi Hərçəqani isə finala vəsiqə uğrunda qarşılaşdığı Moldovalı rəqib Aaron Cooku 3:0 hesabı ilə məğlub etdi. Miladın final rəqibi isə Rusiya təmsilçisi Anton Kotkov olacaq.