Atletika üzrə ikiqat olimpiya çempionu və iki dəfə dünya çempionatının qalibi Yakob İngebriqtsen Fransanın Lieven şəhərində keçirilən turnirdə iki dünya rekordu vurub.
Norveçli idmançı qapalı məkanda 1000 metr məsafəyə dünya rekordunu yeniləyib. O bu məsafəni 3:45,14-ə qət edib ki, bu da amerikalı Yared Nuqusenin nəticəsindən 1,49 saniyə tezdir.
İngebrigsten eyni gündə 3:29.61 nəticə ilə 1500 m məsafədə də dünya rekordunu yeniləyib.