Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstandakı turniri üç medalla başa vurublar

Azərbaycanın sərbəst güləçiləri Bolqarıstanın Varna şəhərində keçirilən “Dan Kolov – Nikola Petrov” turnirini üç medalla başa vurublar.

Bu barədə Newsport.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Son olaraq Murad Haqverdiyev (65 kq) gümüş mükafat əldə edib. O, finalda yerli idmançı Səlim Naimə uduzub.

Qeyd edək ki, daha əvvəl Sadiq Mustafazadə (92 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) isə bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right