Azərbaycan qılıncoynadanları Bolqarıstanda ikinci oldular

Azərbaycan qılıncoynadanları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar.

Newsport.az-ın məlumatına görə, Murad Əkbərov, Maqsud Hüseynli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət milli 23 yaşadək sablyaçıların komanda yarışında ikinci yer tutub.

İlk görüşündə İspaniya yığmasını 45:42 hesabı ilə məğlub edən sablyaçılar ardınca Böyük Britaniya kollektivinə 45:37 hesabı ilə qalib gəliblər. Komanda finalda Bolqarıstan yığmasına 35:45 hesabı ilə uduzaraq “EFC FFE Circuit” turnirinin gümüş medalını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right