Azərbaycan millisi dünya 3-cüsü oldu

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatı başa çatıb.

Newsport.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, sərbəst güləş üzrə millimiz dünya çempionatını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub. Yekunda 100 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. İran (158) birinci, Yaponiya (102) isə ikinci yeri tutub.

Xatırladaq ki, milli komandanın tərkibində Maqomed-Başir Xaniyev (70 kq) qızıl, Ruslan Abdullayev (61 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right