“Sabah” Litva çempionuna məğlub olub

Litvada təlim-məşq toplanışında olan “Sabah” basketbol komandası sonuncu yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Vilnüsdə son Litva çempionu “Ritas”la üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 87:84.

Daha əvvəl Litvanın “Yonava” (68:97) və “Jalgiris” (62:94) klublarına uduzan “Sabah” Almaniya təmsilçisi “Rostock Seawolves”ə (72:71), Litvanın “Majeykyay” (76:57) və “Neptunas” (82:71) komandalarına qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right