Lukaku İtaliya klubu ilə anlaşdı

"Napoli" hücum xəttini yeni oyunçu ilə gücləndirməyə yaxındır.

Newsport.az xəbər verir ki, Neapol təmsilçisi "Çelsi"nin futbolçusu Romelu Lukakunun keçidini həll etmək üzrədir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Napoli" belçikalı forvardla şifahi razılıq əldə edib. Transferin yaxın günlərdə rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, Romelu Lukaku son mövsümü icarə əsasında "Roma"da keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right