Zəfər Kuboku: Yarımfinalçılar bəllidir Tarix: Bu gün, 18:21Baxış

Qusar Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə jurnalistlər arasında keçirilən voleybol üzrə Zəfər Kubokunda yarımfinalçılar müəyyənləşib.

Newsport.az xəbər verir ki, İdman Araşdırmalar Mərkəzi və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, "Avrora Qrup"un baş sponsorluğu, "Sumqayıt" klubu və "Rabitəbank"ın təşkilati dəstəyi ilə gerçəkləşən yarışın ilk günündə qrup mərhələsinin oyunları baş tutub.

A qrupunda "Kəlbəcər" əvvəlcə "Füzuli"ni, daha sonra "Zəngilan"ı 2:0 hesabı ilə yenərək, lider olub.

İkinci yeri "Zəngilan"a eyni hesabla qalib gələn "Füzuli" tutub.

B qrupunda son iki turnirin qalibi "Şuşa" "Laçın" və "Ağdərə"dən üstün olaraq, birinci yeri olub. İkinci yerə isə "Laçın"a heç bir şans verməyən "Ağdərə" komandası sahib çıxıb.

Beləliklə, iyulun 21-də keçiriləcək yarımfinal qarşılaşmalarında "Kəlbəcər" "Ağdərə" ilə, "Şuşa" isə "Füzuli" ilə üz-üzə gələcək. Bu cütlərin məğlubları 3-cü yer uğrunda görüşdə, qaliblər isə final matçında rəqib olacaqlar.

İlk 3 yerin sahiblərinə qızıl, gümüş və bürünc medallar, qalib komandaya əlavə olaraq, kubok veriləcək. Bundan başqa finalçılar təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə təltif olunacaqlar.

A qrupu: Kəlbəcər, Zəngilan, Füzuli
B qrupu: Şuşa, Ağdərə, Laçın

20 iyul

12:00. Kəlbəcər - Füzuli - 2:0 (25:8, 25:7)
13:00. Şuşa - Laçın - 2:0 (25:7, 25:7)

15:00. Zəngilan - Füzuli - 0:2 (19:25, 22:25)

16:00. Ağdərə - Laçın - 2:0 (25:12, 25:9)

17:00. Kəlbəcər - Zəngilan (25:16, 25:12)

18:00. Şuşa - Ağdərə - 2:0 (25:18, 25:22)

21 İYUL

10:00. YARIMFİNAL (Kəlbəcər - Ağdərə)
11:00. YARIMFİNAL (Şuşa - Füzuli)

12:00. Yoldaşlıq görüşü. Qusar OİK (U16) - "Sərhədçi" (U16)

13:00. 3-CÜ YER UĞRUNDA GÖRÜŞ
14:00. FİNAL
15:00. MÜKAFATLANDIRMA





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right