Azərbaycanlı supervayzer Türkiyə klubunun oyununa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib.

AVF-nin mətbuat xidmətindən Newsport.az-a verilən məlumata görə, həmyerlimiz qurum tərəfindən kişi voleybolçular arasında CEV Kubokunun yarımfinal matçına təyinat alıb.

O, fevralın 21-də Türkiyənin İzmir şəhərində keçiriləcək “Arkas" və “Lüneburq” (Almaniya) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qarşılaşmanın hakimləri bolqarıstanlı Atanas Varbanov və çexiyalı Zdenek Qrabovski olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right