Azərbaycan millisi BƏƏ-yə qalib gəldi

Türkiyədə təlim-məşq toplanışında olan kişi basketbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyununa çıxıb.

Newsport.az xəbər verir ki, İstanbul şəhərində keçirilən görüşdə millimiz Birləşmiş Ərəb Əmirlikləri kollektivinə qalib gəlib.

Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv 72:57 hesabı ilə qalibiyyət əldə edib. Millimizin heyətində ən məhsuldar basketbolçu 14 xal və 4 ribaundla kapitan Amil Həmzəyev olub.

Qeyd edək ki, təlim-məşq toplanışının fevralın 21-dək davam etməsi planlaşdırılır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right