Üç güləşçimiz üçün qızıl medal şansı, Stadnik mübarizəyə başlayır

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Newsport.az xəbər verir ki, bu gün yunan-Roma güləşçilərinin yarışı yekunlaşacaq və qadın güləşçilər mübarizəyə başlayacaqlar.

Doqquzqat Avropa çempionu Mariya Stadnik (50 kq) 1/4 finalda Emma Lutteno (Fransa) - Milana Dadaşova (AİN) cütünün qalibi ilə üz-üzə gələcək.

Ayona Kolesnik (59 kq) 1/4 finalda Ramina Mamedova (Latviya) - Katerina Jidaçevska (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.

Azərbaycanın 4 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq. Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) finalda mübarizə aparacaqlar. Onlar Avropa çempionluğu uğrunda müvafiq olaraq Viktor Çiobanu (Moldova), Ruslan Biçurin (AİN) və Səlçuk Canla (Türkiyə) qarşılaşacaqlar.

Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşə çıxacaq. Onun rəqibi Gürcüstan güləşçisi Gela Bolkvadze olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right