“Vüqar Həşimov Memorialı”nın iştirakçılarının siyahısında dəyişiklik olub

Qəbələnin evsahibliyi edəcəyi “Vüqar Həşimov Memorialı”nın iştirakçılarının siyahısında dəyişiklik olub.

Newsport.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, Polşa təmsilçisi Yan-Kşiştof Duda Təşkilat Komitəsinə səhhəti ilə əlaqədar yarışda iştirak edə bilməyəcəyi ilə bağlı müraciət ünvanlayıb.

Onun əvəzinə Hindistan şahmatçısı Arcun Eriqaysi ilk dəfə “Vüqar Həşimov Memorialı”na dəvət olunub.

14 yaşında beynəlxalq qrossmeyster olan Arcun Eriqaysi gənclər arasında Asiya çempionatının gümüş mükafatçısıdır. Ötən il Sinqapurdan olan şirkətlə 1,5 milyon dollarlıq sponsor müqaviləsi imzalamaqla diqqət çəkib.

Qeyd edək ki, yarış Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə dekabrın 8-11-i aralığında Qəbələdə təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right