“Araz-Naxçıvan” bu gün Çempionlar Liqasında mübarizəyə başlayacaq

“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

Newsport.az-ın məlumatına görə, Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupunda ilk oyununa çıxacaq.

Komanda Latviyada təşkil olunacaq görüşdə Türkiyə çempionu “İstanbul Şişli” ilə qarşılaşacaq. Oyun saat 15:00-da start götürəcək.

Qrupun digər matçında Almaniya klubu “Yan Reqensburq”la Latviya “Riqa”sı (20:00) üz-üzə gələcək.

“Araz-Naxçıvan” qrupda ikinci oyununu avqustun 24-də “Yan Reqensburq”a qarşı keçirəcək.

UEFA Çempionlar Liqası
İlkin seçmə mərhələ

A qrupu, 1-ci tur

23 avqust

15:00. Araz-Naxçıvan – İstanbul Şişli (Türkiyə)
Hakimlər:
Arttu Kinaerenen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr).
Timekeeper: Kiazo Leladze (Latviya).
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna).
UEFA nümayəndəsi: Massimo Nanni (San-Marino).
Salaspils. Salaspils İdman Arenası





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right