Kateqoriya: Futzal | Tarix: 23.08.2023 16:53
Bu gün Riqada (Latviya) futzal üzrə Çempionlar Liqasının ilkin seçmə mərhələsinin oyunlarına start verilib.
Newsport.az-ın məlumatına görə, “Araz-Naxçıvan” A qrupunun ilk oyununda Türkiyə çempionu “İstanbul Şişli” ilə qarşılaşıb.
Matç Azərbaycan çempionunun qələbəsi ilə yekunlaşıb.
“Araz-Naxçıvan” (Azərbaycan) – “İstanbul Şişli” (Türkiyə) - 9:1
Qollar: Lukas 4 (1:0), Bağırov 6 (2:0), Miloşavleviç 16 (3:0), Amadeu 22 (4:0), 23 (5:0), 30 (7:0), Atayev, 27 (6:0), 33 (8:0), Dannilu, 36 (9:0), Çamcı 39 (9:1)
Qrupun digər görüşündə isə Almaniya çempionu “Yan Reqensburq” 20:00-da “Riqa”nı(Latviya) sınağa çəkəcək.