Fransa, Çexiya, Serbiya və Türkiyə milliləri Azərbaycana gəlir

Azərbaycan Minifutbol Federasiyasının (AMF) dəstəyi ilə may ayının 1-dən 6-dək Bakıda beynəlxalq turnir keçiriləcək.

Newsport.az federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir may ayının 1-də start götürəcək.

Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri iştirak edəcək.

Yarışın qalibi may ayının 6-da müəyyənləşəcək.

Qeyd edək ki, oyunları beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlər idarə edəcəklər.

Qeyd edək ki, oyunlar Bakı Tennis Akademiyasında keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right