Kateqoriya: Futzal | Tarix: 15.02.2023 10:47
DÇ-2024-üç əsas mərhələsinin 6-cı qrupunda keçiriləcək Polşa – Azərbaycan görüşünə təyinatlar açıqlanıb.
Newsport.az xəbər verir ki, martın 7-də Koszalin idman zalında keçiriləcək oyunu Estoniya və Latviyadan olan hakimlər idarə edəcək.
DÇ-2024-ün əsas mərhələsi. 6-cı qrup
7 mart 2023. Koszalin idman zalı. Saat 23:00
Hakimlər: Yaqnar Yakobson (Estoniya), İnqus Purins (Latviya), Qriqori Oşomkov (Estoniya)
Hakim-inspektor: Silvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Joao Roça (Portuqaliya)