Yüksək Liqada turun oyun cədvəli açıqlandı

Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

Newsport.az-ın məlumatına görə, qadınlar arasında Yüksək Liqada 2-ci dövrənin növbəti matçları fevralın 6-da gerçəkləşəcək.

5-ci turun saat 16:00-da start götürəcək ilk qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək. Bu görüşdən iki saat sonra “Murov” və UNEC kollektivlərinin dueli baş tutacaq.

Fevralın 7-də kişilər arasında Yüksək Liqada 5-ci turun oyunları baş tutacaq. Günün ilk matçı saat 16:00-da “Murov” və MOİK komandaları arasında olacaq. Saat 18:00-da isə “Xarı bülbül” – “Neftçi” qarşılaşması keçiriləcək.

Görüşlər Voleybol Mərkəzində təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right