Millini Azərbaycanla oyuna Anri çıxara bilər

Belçika millisində baş məşqçi Roberto Martinesin ayrılığından sonra bu posta əsas namizəd məlum olub.

Newsport.az-ın məlumatına görə, bu, fransalı keçmiş hücumçu Tyerri Anridir.

Millidə köməkçi-məşqçi olan 45 yaşlı mütəxəssislə yaxın vaxtlarda danışıqlar başlayacaq. Baş məşqçi postuna digər namizəd isə "Bernli"ni çalışdıran Vensan Kompanidir.

Belçika yığması 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Azərbaycan, İsveç, Avstriya və Estoniya ilə mübarizə aparacaq. Qrupda ilk oyunlar 2023-cü ilin martında olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right