Yüksək Liqada 2-ci dövrəyə start verilir Yenilənir

Bu gün futzal üzrə Yüksək Liqada 6-cı turun oyunları keçiriləcək. Bununla da liqada 2-ci dövrəyə start veriləcək.

Newsport.az xəbər verir ki, turun bütün oyunları Bakı İdman Sarayında keçiriləcək.

Əvvəlcə “Neftçi” İK ilə “Baku Fire” üz-üzə gələcək. Bu komandalar arasında baş tutmuş mövsümün açılış matçı qolsuz heç-heçə ilə başa çatmışdı. Bu qarşılaşmadı qeydə alınacaq nəticə turnir cədvəlinin ikinci pilləsində dəyişikliyə səbəb ola bilər.

Lider “Araz Naxçıvan” “Alyans”la gücünü sınayacaq. Son çempionun Lənkəran təmsilçisi ilə dueldə büdrəyəcəyi inandırıcı görünmür. 

“Record” isə yeni formalaşan və Avropa çempionatında ölkəmizi təmsil edəcək U-19-la üz-üzə gələcək.

Yüksək Liqa
6-cı tur

10 noyabr

Neftçi İK – Baku Fire
Hakimlər: Rza Məmmədov, Ceyhun Hüseynov, Nahid Xasıyev.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı. Saat 14:15.

Alyans (Lənkəran) – Araz Naxçıvan
Hakimlər: Hacıəli Ağayev, Şakir Quliyev, Elgün Hüseynov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 16:15.

Record – U-19
Hakimlər: Ziya Nəsirov, Anar Fərəcov, Mahir Məmmədov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 18:15.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right