Azərbaycanlı hakimlər Slovakiya - Almaniya matçına təyinat aldılar

Futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası beynəlxalq təyinat alıb.

Newsport.az-ın məlumatına görə, hakimlərimiz DÇ-2024-ün əsas mərhələsinin 12-ci qrupunda keçiriləcək Slovakiya – Almaniya qarşılaşmasını idarə edəcək. Matç noyabrın 9-da Slovakiyanın Levice şəhərində baş tutacaq.

Qarşılaşmanın birinci hakimi H.Qafarlı, ikinci hakimi K.Əmiraslanov, üçüncü hakimi Ə.Cəbrayılov olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right