Kateqoriya: Futzal | Tarix: 17.09.2022 13:00
Sentyabrın 19-da və 20-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Newsport.az Azərbaycan Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Qazaxıstanın “Bayterek” klubunda çıxış edən Hadi Ahmadi və Amir Şojaei heyətdən çıxarılıb.
Buna səbəb hər iki oyunçuya Qazaxıstanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı klub tərəfindən edilən müraciətin müddətinin tamam olmaması və onların bununla əlaqədar hazırda yaşadıqları Uralsk şəhərini tərk edə bilməməsidir.
Əvəzində “Araz-Naxçıvan”dan Fərid Ələkbərov heyətə dəvət olunub.
Artıq Aktau şəhərində məskunlaşan yığma bu gün Bakı vaxtı ilə saat 16:30-da ilk məşqinə çıxacaq.