Azərbaycan çempionunun ÇL-dəki daha bir rəqibi bəlli oldu

Futzal üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan”ın mübarizə aparacağı 5-ci qrupda yer alacaq komandalardan daha biri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, ilkin seçmə mərhələdə F qrupunun qalibi olan “Orebro” bu hüququ qazanıb.

İsveç çempionu ilk oyunda Gürcüstanın “Georgians” klubunu 5:3, növbəti dueldə isə Türkiyənin “İstanbul Şişli” komandasını 10:3 hesabı ilə yenib. Son oyunda Almaniya çempionu “Stutqartı” 2:1 hesabı ilə üstələyən İsveç çempionu əsas mərhələyə yüksəlib.

Əsas mərhələdə “Araz-Naxçıvan” Bosniya və Herseqovinanın “Mostar”, eləcə də İsveçin “Orebro” komandası ilə qarşılaşacaq. Daha bir rəqib isə sabahkı oyunlardan sonra müəyyənləşəcək. D qrupunun qalibi bu hüququ əldə edəcək. Turnir cədvəlində ikihakimiyyətlilikdir. Belə ki, “Minerva” (İsveçrə) və “Loznika Qrad” (Serbiya) hər iki oyundan maksimum xalla ayrılıb. Qalibin adı sabah bu komandalar arasında keçiriləcək görüşdə müəyyənləşəcək. Serbiya təmsilçisinə heç-heçə də sərf edəcək.

Bu qrupun oyunları 25-30 oktyabr tarixlərində Bosniya və Herseqovinada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right