Kateqoriya: Futzal | Tarix: 11.08.2022 11:00
Futzal üzrə Türkmənistan yığma komandasının Bakıda nəzərdə tutulan təlim-məşq toplanışı və Azərbaycan millisi ilə yoldaşlıq görüşləri ləğv olunub.
Newsport.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, oyunlar avqustun 17-də və 19-da yoldaşlıq oyunları keçirməli idi.
Amma sənədləşmə porsesini vaxtında etmədiyinə və ölkəmizə giriş üçün viza ala bilmədiyinə görə, Türkmənistan millisinin Bakıya səfəri təxirə salınıb. Buna görə də, Azərbaycan millisinin bu rəqiblə keçirəcəyi oyunlar, eləcə də avqustun 9-dan 20-dək nəzərədə tutulan təlim-məşq toplanışı ləğv olunub.