Milli üzvü: "Çalışmalıyıq ki, vaxtdan maksimum istifadə edək"

Xəbər verdiyimiz kimi, futzal üzrə milli komandamız dünəndən etibarən təlim-məşq toplanışına başlayıb, avqustun 17-də və 19-da Türkmənistan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Newsport.az-ın məlumatına görə, heyətə əsasən milli komandaya namizədlər dəvət olunsa da, təcrübəli futzalçılar da var. İlk məşqdən sonra Emin Kürdov federasiyanın saytına açıqlama verib:

“Mənim üçün bu dəfə fasilə uzun çəkdi. Təsəvvür edin, hər il iyulda məşqlərə başlayırdıq, amma indi avqustun 9-da ilk məşqimə çıxdım. Qarşıdakı müddət oyunlara hazırlaşmaq baxımından azdır, çalışmalıyıq ki, vaxtdan maksimum istifadə edək. Heyətimizə əsasən gənclər dəvət olunub. 3-4 təcrübəli futzalçı var, hansı ki onlar əsas millinin üzvləridir. Yoldaşlıq oyunu olsa da, həm heyət baxımından, həm də hazırlıq müddəti baxımından çətinlik qaçılmazdır. Müsbət nəticə daha çox gənc oyunçularımızda özünə inamı artırmaq üçün vacibdir. Onlar da çalışacaqlar ki, özlərini yaxşı tərəfdən göstərsinlər, baş məşqçinin etimadını qazansınlar, həm də azarkeşlərimizi sevindirsinlər. Çünki futzal millimiz hər zaman yaxşı nəticələri, inamlı oyunu ilə seçilib, yadda qalıb. Türkmənistan millisi də son illərdə inkişafdadır. Onlar əvvəlki illərdə də Bakıda toplanış keçiriblər”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right