Futzal millimizin heyəti açıqlandı

Avqustun 9-da Bakıda təlim-məşq toplanışına start verəcək futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.

 

Azərbaycan Futzal Federasiyasından Newsport.az-a verilən məlumata görə, yığma avqustun 17-də və 19-da Bakı İdman Sarayında Türkmənistan seçməsi ilə üz-üzə gələcək. Hər iki qarşılaşma saat 18:00-da start götürəcək.

 

Baş məşqçi Joze Alesio Da Silva hazırlıq prosesinə daha çox milliyə namizəd oyunçuları dəvət edib.

 

Qapıçılar: Emin Kürdov (klubsuz), Azər Fərmanov (Araz-Naxçıvan), Zaur Sultanov (U-19)

 

Oyunçular: İsa Atayev, Xətai Bağırov (hər ikisi “Beşiktaş Gent”, Belçika), Oruc Baxşəlizadə, Nurlan Mehdizadə, Fərid Atakişiyev (hamısı Neftçi İK), Fuad Məmmədzadə, Novruz Kazıxanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Mikayıl Qiyasov (hamısı U-19), Murad Quluzadə (Baku Fire).

 

Qeyd edək ki, təlim-məşq toplanışı avqustun 20-də başa çatacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right