Azərbaycan çempionunda növbəti braziliyalı

"Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb.

Newsport.az federasiyanın saytına istinadən xəbər verir ki, ölkə çempionu De Moura Joze Eduardo ilə ortaq məxrəcə gəlib. Son klubu vətənində AEU olan braziliyalı ampluaca müdafiəçidi. 26 yaşlı futzalçı ilə anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub.

"Araz-Naxçıvan” buna qədər Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, Oktay Rüstəmli, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right