“Araz Naxçıvan”da yeni oyunçular – rəsmi

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz-Naxçıvan” heyətini üç oyunçu ilə gücləndirib.

Azərbaycan Futzal Federasiyasından Newsport.az-a verilən məlumata görə, ölkə çempionu iki braziliyalı oyunçu ilə anlaşıb. Müdafiəçi Mateus Katataun və hücumçu Vitao ilə mövsümün sonunadək müqavilə imzalanıb.

“Araz-Naxçıvan” martda Rusiyanın “Torpedo” komandasına keçən qapıçı Rövşən Hüseynli ilə də bir illik sözləşmə bağlayıb.

Komanda UEFA Çempionlar Liqasında mübarizəyə əsas mərhələdən start verəcək. Azərbaycan təmsilçisi Bosniya və Herseqovinada keçiriləcək 5-ci qrupun oyunlarında yerli “Mostar”la, eləcə də ilkin mərhələdə yarışacaq D və F qrupunun qalibləri ilə üz-üzə gələcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right