Kateqoriya: Futzal | Tarix: 27.04.2022 12:26
Martda Rusiyanın “Torpedo” klubuna transfer olunan Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynlinin debüt edəcəyi tarix müəyyənləşib.
Newsport.az xəbər verir ki, qolkiper aprelin 28-də Suepr Liqanin pley-off mərhələsi çərçivəsində “Qazprom-Yuqra” ilə keçiriləcək matçda komandasına kömək edəcək.
O, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında məlumat verib:
“Artıq bütün sənədləşmə işləri tamamlanıb. Baş məşqçi aprelin 28-də debüt edəcəyimi bildirdi. Düzdü, pley-offda ilk oyununuz bu gündür, amma legioner limitinə görə bu görüşdə iştirak edə bilməyəcəm. Sabahkı qarşılaşmada meydana çıxacağımı deyiblər”.