“Neftçi” qalib gəldi, EKOL qələbəni əldən verdi

Bu gün futzal üzrə Yüksək Liqada 18-ci turun oyunları keçirilib.

Newsport.az məlumatına görə, bütün görüşlər Bakı İdman Sarayında baş tutub.

Turun ilk matçında turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalar qarşılaşıb. “Alyans” ilə U-19 üz-üzə gəlib. “Milli” bu oyunu qələbə ilə başa vurub və turnir cədvəlindəki mövqeyini yaxşılaşdırıb.

Günün növbəti matçı “Baku Fire” ilə EKOL arasında keçirilib. Gərgin keçən matçda komandalar hərəyə 1 xalla kifayətləniblər.

“Neftçi” isə “Record”la qarşılaşıb. İnamlı qələbəyə sevinən “Neftçi” xal ehtiyatını artırıb.

Lider “Araz”ın “Xilə” ilə oyunu isə sonuncuların yarışdan kənarlaşdırılması səbəbindən keçirilməyib. Naxçıvan komandasının aktivinə 3 yazılıb.

Yüksək Liqa, 18-ci tur

8 aprel

Alyans (Lənkəran) – U-19 4:8
Qol:
Emin Kərimov, 2:10; 31:09. Elşən Mahmudov, 3:05. Anar İsayev, 18:49 – Mikayıl Qiyasov, 10:57. Emin Kərimov, 17:48-öz qapısına. Fuad Məmmədzadə, 18:17; 28:44. Xəzər Ağalızadə, 24:41; 33:20; 34:02. Ramazan Atakişiyev, 36:51.
Hakimlər: Hikmət Qafarlı, Rza Məmmədov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 12:00.

Baku Fire – EKOL 3:3
Qol:
Nihad İsmayılov, 11:39; 23:50. Elşən İbramxəlilov, 17:27 – Tofiq Mikayılov, 22:46. Elvin Quliyev, 28:28-öz qapısına. Mehdi Rəsulov, 39:28.
Hakimlər: Knyaz Əmiraslanov, Ziya Nəsirov, Elgün Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 14:15

Record – Neftçi İK 1:5
Qol:
Matin Qahremani, 33:55 – Oqtay Rüstəmli, 13:23; 21:18. Hüseyn Mənəfli, 13:36. Omid Talebi, 22:49. İlqar Nuruşov, 34:30.
Hakimlər: Nail Nağıyev, Mahir Məmmədov, Nahid Xasıyev.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 16:15.

Xal durumu: Araz – 52, EKOL – 40, Neftçi – 37, Baku Fire – 35, U-19 – 16, Record – 15, Alyans – 12, Xilə – 6.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah